ABŞ Britaniya avtomobillərinə rüsumları əhəmiyyətli dərəcədə azaldacaq
ABŞ Britaniya avtomobil məhsullarına rüsumları 27,5 %-dən 10 %-ə endirəcək.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.
Hökumət başçısının sözlərinə görə, tərəflərin bağladığı ticarət sazişi ildə 100 min Britaniya avtomobili üçün kvota nəzərdə tutur və bu kvotadan 10 faiz rüsum alınacaq.
“Böyük Britaniya istehsalçıları yüksək standartlarını pozmadan ABŞ bazarına xüsusi çıxış əldə edəcəklər”, - Starmer deyib.
Öz növbəsində ABŞ-nin ticarət naziri Hovard Latnik vurğulayıb ki, kvota keçilsə, avtomobillərə rüsum 25 % səviyyəsində olacaq.
Latnik əlavə edib ki, ABŞ “Rolls Royce” təyyarələri üçün mühərrikləri və ehtiyat hissələrini rüsumsuz almağa hazırdır. Britaniya tərəfi isə “Boeing”dən 10 milyard dollara təyyarələr almağa razılaşıb.
Oxşar xəbərlər
Britaniya “Rolls-Royce” ilə sualtı qayıqlar üçün reaktorların yaradılması haqqında müqavilə bağlayıb
Britaniya 2027-ci ilin iyulunadək bir sıra malların idxalına rüsumları ləğv edib
KİV: Tramp mayın 8-də Britaniya ilə ticarət sazişini elan edə bilər
Britaniya Baş naziri Osventsimdə olub
Böyük Britaniya İsrail və Çinə sanksiyalar tətbiq edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













