Fitso və Vuçiç səhhəti ilə əlaqədar səfərlərini təxirə salıblar
sizinxeber.az xəbər saytı

Fitso və Vuçiç səhhəti ilə əlaqədar səfərlərini təxirə salıblar


Serbiya Prezidenti Aleksandar Vucic və Slovakiyanın Baş naziri Robert Fitso səhhətləri ilə əlaqədar iş səfərlərini və tədbirləri ləğv ediblər.

“Report” xəbər verir ki, bu barədə Serbiya və Slovakiya KİV-ləri məlumat yayıb.

"Tanjuq" agentliyinin məlumatına görə, Vuçiç ABŞ-yə səfəri zamanı qəfil xəstələnib. Müayinədən sonra Serbiyaya qayıtmaq qərarına gəlib. O hələ də hərbi hospitaldadır.

Bir il əvvəl sui-qəsdə məruz qalmış Slovakiyanın Baş naziri Robert Fitso ötən günlərdə iş proqramını bir neçə dəfə ləğv edib. Fitso Slovakiyada 1 May bayramı münasibətilə keçirilən tədbirlərdə iştirakdan imtina edib. Onun Böyük Britaniyadakı Oksford Universitetinin tələbələri üçün mühazirəsi də təxirə salınıb.

Portal hesab edir ki, buna səbəb sui-qəsddən sonra Fitsonun səhhətində yaranmış və onun özünün də dəfələrlə qeyd etdiyi ciddi problemlərdir. Baş nazir bu yaxınlarda Slovakiyaya səfər edən Çexiyanın keçmiş Prezidenti Miloş Zemanla televiziya proqramında iştirakdan da imtina edib.

Oxşar xəbərlər

KİV: Fitso son günlərdə bir neçə dəfə iş proqramını ləğv edib
KİV: Robert Fitso işgüzar proqramını bir neçə dəfə ləğv edib
Fitso səhhəti ilə bağlı problemlər barədə məlumat verib
Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitso ilə danışıqlar aparır
Fitso: Ukrayna Slovakiya vasitəsilə tranzit qaz alır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər