sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ-İran növbəti yüksək səviyyəli danışıqlarının tarixi açıqlanıb
ABŞ və İran arasında danışıqlar gələn həftə davam edəcək.
“Report” xəbər verir ki, bu barədə danışıqlar prosesində vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X" sosial şəbəkəsində bildirib.
"ABŞ və İran arasında bugünkü danışıqlar qarşılıqlı hörmət və öhdəliklərə əsaslanan razılaşma əldə etmək üçün ortaq istəyi üzə çıxardı. Əsas prinsiplər, məqsədlər və texniki məsələlər müzakirə edilib. Danışıqlar gələn həftə davam etdiriləcək və daha bir yüksək səviyyəli görüş şərti olaraq mayın 3-nə planlaşdırılıb", - nazir yazıb.
Oxşar xəbərlər
KİV: İran və ABŞ danışıqları Cenevrə və Omanda davam etdirəcək
İran XİN başçısı ABŞ ilə danışıqlar üçün Omana yola düşüb
İran XİN: Omanda ABŞ ilə danışıqlar konstruktiv olub - YENİLƏNİB
İran XİN: ABŞ-la danışıqların II raundu konstruktiv və perspektivli olub
İran ABŞ ilə birbaşa danışıqların mümkünlüyü barədə məlumatı təkzib edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













