ABŞ Panama kanalı zonasında qoşunların sayını artırmaq niyyətindədir
sizinxeber.az xəbər saytı

ABŞ Panama kanalı zonasında qoşunların sayını artırmaq niyyətindədir


ABŞ Panama kanalı zonasında yerləşdirilmiş qoşunlarının sayını artırmaq niyyətindədir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset Pensilvaniya ştatının Karlayl şəhərində yerləşən ABŞ Quru Qoşunları Kollecində çıxışı zamanı bildirib.

“ABŞ hərbi gəmilərinin və yardımçı gəmilərin Panama kanalından ilk keçid hüququ, həmçinin kanalın hər iki sahilində bütün uzunluğu boyunca ABŞ qoşunlarının əlavə mövcudluğu barədə çərçivə razılaşması təmin etdik”, - o vurğulayıb.

Xatırladaq ki, ABŞ-nin Panamada hərbi mövcudluğunu genişləndirmək planları barədə P.Heqset bu Mərkəzi Amerika ölkəsinə səfərinin yekunları üzrə aprelin 9-da elan edib. Həmin vaxt nazir Panamada rotasiya əsaslı birgə təlimlər barədə məlumat vermişdi.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Vaşinqtonun Panama kanalı üzərində nəzarəti geri qaytarmasının zəruri olduğunu bəyan edib. O, Panama kanalından keçid üçün tutulan yüksək tarifləri tənqid edərək, 1999-cu ildə bu obyekt üzərində nəzarətin verilməsinin başqa ölkələrə güzəşt deyil, əməkdaşlıq jesti olduğunu vurğulayıb.

Oxşar xəbərlər

ABŞ hərbi gəmilərinin Panama kanalı vasitəsilə sərbəst keçidi ilə bağlı bəyannamə imzalanacaq
Tramp Panama kanalına nəzarəti bərpa edəcəyinə söz verib
Rubio: ABŞ-nin Panama kanalı ilə bağlı gözləntiləri eyni olaraq qalır
Panama Trampın bəyanatları ilə bağlı BMT-yə şikayət verib
Meksika Panama kanalı ilə bağlı mübahisədə Panamanı dəstəkləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər