sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tramp Panama kanalına nəzarəti bərpa edəcəyinə söz verib
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Panama kanalına nəzarətini qaytaracağına söz verib.
"Report" xəbər verir ki, o, bu barədə inauqurasiya mərasimində çıxışı zamanı bildirib.
"Panama öz kanalına nəzarəti Çinə verdi, indi ABŞ onu geri alacaq", - Tramp deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Panama kanalı ilə bağlı hələ bu ayın əvvəlində açıqlama verərək, nəzarətin Panamaya verilməsinin "axmaqlıq olduğunu" söyləmişdi.
Onun fikrincə, Panama kanalın ona təhvil verilməsindən sonra müqavilənin bütün bəndlərini pozub. O, Panama hakimiyyətinin ABŞ-dən hərbi gəmilərin keçməsinə görə həddən artıq pul tələb etdiyini vurğulayb.
Oxşar xəbərlər
Trampın keçid komandası Panamaya qarşı hərbi gücün tətbiqini istisna edir
Meksika Panama kanalı ilə bağlı mübahisədə Panamanı dəstəkləyib
Panama kanalının rəhbəri ABŞ-nin yeni prezidentilə bağlı xəbərdarlıq edib
Prezident Mulino Panama kanalının ABŞ-nin nəzarətinə keçməyəcəyini bildirib
FİFA Panama Futbol Federasiyasının rəhbərini vəzifəsindən kənarlaşdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













