ABŞ Yəmənin Ras-İsa limanını məhv edib
sizinxeber.az xəbər saytı

ABŞ Yəmənin Ras-İsa limanını məhv edib


ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) Amerikanın zərbəsinin Yəmənin Qırmızı dəniz sahilindəki Əl-Hodeyda əyalətində yerləşən Ras-İsa limanını məhv etdiyini təsdiqləyib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

“ABŞ qüvvələrinin bugünkü (cümə axşamı – red.) hərəkətləri İranın dəstəklədiyi husilərin (Yəmənin “Ənsar Allah” hərəkatının üsyançıları – red.) yanacaq mənbəyini məhv etmək məqsədi daşıyırdı”, - məlumatda bildirilir.

CENTCOM-un məlumatına görə, husilərin nəzarətində olan Ras-İsa limanının dağıdılması radikal təşkilatı neft məhsullarının satışından və yanacağa çıxışından əldə etdiyi qanunsuz gəlirdən məhrum edib.

Oxşar xəbərlər

ABŞ Yəməndəki Ras-İsa limanının məhv edildiyini açıqlayıb
ABŞ ordusu Yəmənin husilərə məxsus üç pilotsuz təyyarəsini vurub
ABŞ Qırmızı dənizdə husilərə məxsus iki gəmini məhv edib
ABŞ husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər