HƏMAS-ın Qəzzadakı lideri hərəkatın tərksilah edilməsinə qarşı çıxıb
sizinxeber.az xəbər saytı

HƏMAS-ın Qəzzadakı lideri hərəkatın tərksilah edilməsinə qarşı çıxıb


Fələstinin Qəzza zolağında HƏMAS hərəkatının lideri Xəlil əl-Həyya radikalların tərksilah edilməsinə qəti şəkildə qarşı çıxıb.

"Sizinxeber.az"un məlumatına görə, onun videomüraciəti Qətərin "Al Jazeera" telekanalı tərəfindən yayımlanıb.

"HƏMAS-ın və onun silahlarının mövcudluğu birbaşa işğalla bağlıdır. Silah gəzdirmək xalqımızın nümayəndələrinin təbii haqqıdır", - əl-Həyya deyib.

O, həmçinin bildirib ki, İsrailin son təklifində “məqbul olmayan şərtlər” var.

Əl-Həyya qeyd edib ki, Fələstinin HƏMAS hərəkatı vasitəçilərin martın sonunda irəli sürdükləri Qəzza zolağında atəşkəs təklifi ilə razılaşıb, İsrail isə şərtlərdən imtina edib.

Oxşar xəbərlər

HƏMAS nümayəndə heyəti sabah Qahirəyə gedəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS girovların azad edilməsi ilə bağlı danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail Qəzza razılaşmasının şərtlərini qəbul edib, növbə HƏMAS-dadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: HƏMAS lideri Qəzza zolağında öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS-ın yeni lideri bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər