Aİ Fələstinə əlavə 1,6 milyard avro ayıracaq
Avropa İttifaqı (Aİ) bu gün Fələstinə dəstək məqsədilə əlavə 1,6 milyard avro ayıracağını elan edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzetinə Aralıq dənizi məsələləri üzrə Avropa komissarı Dubravka Şuitsa bildirib.
Onun sözlərinə görə, Avropa Fələstin Milli Administrasiyasına 1,2 milyard avro qrant, həmçinin Avropa İnvestisiya Bankı və Avropa Dayanıqlı İnkişaf Fondu vasitəsilə 400 milyon avro kredit ayırmaq niyyətindədir. D.Şuitsa qeyd edib ki, 620 milyon avro Fələstin hakimiyyətinə maliyyə dəstəyinə, təxminən 576 milyon avro isə "Qərb sahili və Qəzzanın bərpasına yönəldiləcək.
Avropa komissarı vurğulayıb ki, Brüssel əlavə maliyyələşdirməni müəyyən şərtlərlə təqdim edəcək. Bu şərtlərə əsasən, Fələstin Milli Administrasiyası maliyyə dayanıqlılığını artırmaq, kiçik biznes üçün maneələri aradan qaldırmaq və infrastrukturun inkişafını təmin etmək üçün islahatlar həyata keçirməlidir. "Bizim əsas məqsədimiz həm Qərb sahilində, həm də Qəzzada demokratik və şəffaf idarəetmədir", - D.Şuitsa qeyd edib.
Oxşar xəbərlər
Aİ Fələstin hökumətinə məmurların maaşlarının ödənilməsi üçün 43 milyon avro ayırıb
Aİ Ukraynaya 160 milyon avro ayıracaq
Avropa Komissarı: Ukrayna şərtlərə əməl edərsə, 35 milyard avro kredit alacaq
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 35 milyard avro kredit ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

