Makron ABŞ-yə qarşı cavab tədbirlərini istisna etməyib
Fransa Prezidenti Emmanuel Makron gömrük rüsumlarının artırılmasına cavab olaraq ABŞ-nin rəqəmsal sektoruna qarşı tədbirlər görülməsi ehtimalını gündəmə gətirib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Yelisey sarayında hökumət və aparıcı şirkətlərin rəhbərləri ilə görüşdə bildirib.
“Qısamüddətli perspektivdə heç nəyi istisna etmək olmaz. Gömrük rüsumlarının artırılması, müxtəlif cavab tədbirlərdən istifadə etmək, ABŞ-nin Avropada böyük fayda əldə etdiyi rəqəmsal sektorda mümkün addımlar atmaq...”, - Makron deyib.
Onun sözlərinə görə, Avropanın ABŞ-nin qərarına cavabı qəti və konsolidasiya edilmiş olmalıdır.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bir çox ölkədən idxala gömrük rüsumları tətbiq edəcəyini və Aİ-yə 20 % dərəcəsi tətbiq ediləcəyini açıqlamışdı.
Oxşar xəbərlər
ABŞ hökuməti bir çox ölkələrə gömrük rüsumu tətbiq edəcək
Ursula fon der Lyayen: Aİ ABŞ-nin yeni rüsumlarına qarşı cavab tədbirləri görməyə hazırdır
Çin maraqlarını qorumaq üçün ABŞ-yə qarşı cavab tədbirləri görəcək
KİV: Tramp Trüdo ilə telefon danışığı aparıb
Tramp ABŞ-yə polad və alüminium idxalına 25 % rüsum tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
