Trampın müşaviri Maskı “avtomobil yığan” adlandırıb
ABŞ Prezidenti Donald Trampın ticarət üzrə baş müşaviri Piter Navarro “Tesla”nın baş direktoru İlon Maskı digər ölkələrdən gələn ehtiyat hissələrindən asılı olan “avtomobil yığan” adlandırıb.
“Sizinxeber.az” “Reuters”ə istinadən xəbər verir ki, o, bu fikri Maskın ABŞ və Avropa arasında "sıfır tarif” çağırışını şərh edərkən söyləyib.
Trampın tarif planlarının memarı kimi tanınan Navarro CNBC-yə açıqlamasında bildirib ki, Mask hökumətin optimallaşdırılması üzrə yaxşı iş görüb, lakin onun “avtomobil adamı” rolunu nəzərə alsaq, tariflərlə bağlı şərhləri təəccüblü deyil.
“İş tariflərə və ticarətə gələnddə Ağ Evdə hamımız və Amerika xalqı İlonun avtomobil istehsalçısı olduğunu düşünür, lakin o, avtomobil istehsalçısı deyil. O, avtomobil yığandır. Çünki “Tesla”nın bir çox hissəsi Yaponiya, Çin və Tayvandan gətirilir, o isə bunları montaj edir”, - Navarro deyib.
“O, avtomobil adamıdır. Bu, onun iş sahəsidir və o, xarici hissələri ucuza almaq istəyir”, - müşavir əlavə edib.
Xatırladaq ki, daha əvvəl Mask Avropa və ABŞ-nin “sıfır tarif vəziyyətinə” nail olacağına və effektiv şəkildə azad ticarət zonası yaradacağına ümid etdiyini söyləmişdi.
Oxşar xəbərlər
ABŞ 10 ildə idxal rüsumlarından 6 trilyon dollar gəlir əldə edəcək
İlon Mask MKİ direktoru ilə qurumun xərclərinin azaldılmasını müzakirə edəcək
Tramp Maskın dövlət qulluğundan gedəcəyini elan edib
Aİ-nin ABŞ rüsumlarına cavab tədbirləri mayda qüvvəyə minəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
