"Fram2" missiya heyəti ilə "Crew Dragon" kosmik gəmisi Yerə qayıdır
sizinxeber.az xəbər saytı

"Fram2" missiya heyəti ilə "Crew Dragon" kosmik gəmisi Yerə qayıdır


İlk mülki heyəti qütb orbitinə aparan "Fram2" missiyasında "SpaceX"in "Crew Dragon" kosmik gəmisi uğurla Yerə qayıdıb.

“Report” xəbər verir ki, bu barədə "SpaceX" şirkətinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Hava gəmisi Kaliforniya sahillərinə enib. “Crew Dragon"un "Fram" missiyası astronavtları ilə sıçraması təsdiqləndi, Yerə xoş gəldiniz”, - paylaşmda qeyd olunur.

Dörd nəfərdən ibarət ekipaj - sahibkar Çun Vanq (Malta), kinorejissor Jannike Mikkelsen (Norveç), robot texnikası üzrə mütəxəssis Rabea Roqqe (Almaniya) və peşəkar səyahətçi Erik Filips (Avstraliya) ilə hava gəmisinin buraxılması bazar ertəsi baş tutub. Uçuş zamanı astronavtlar bir sıra eksperimentlər aparıb, həmçinin planetin Şimal və Cənub qütbləri üzərində uçublar.

Oxşar xəbərlər

"SpaceX" ilk dəfə Yerin qütbləri üzərində orbital uçuşa başlayıb
“Crew Dragon” gəmisi BKS-in digər moduluna uğurla yenidən yanaşıb
Türkiyəli astronavtın Yerə qayıdışı yenidən ertələnib
“SpaceX” şirkəti “Crew Dragon”un buraxılışını təxirə salıb
NASA astronavtlarına 286 günlük missiya üçün əlavə ödəniş edilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər