Antonio Koşta: "Aİ Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyə çalışır"
Avropa İttifaqı (Aİ) təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığı fəal şəkildə inkişaf etdirməyə hazırdır.
“Sizinxeber.az”un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta "Mərkəzi Asiya – Avropa İttifaqı" sammitinin ikinci günündə bildirib.
"Qlobal miqyasda daim artan ümumi təhlükəsizlik çağırışları ilə üzləşdiyimiz üçün bu təhdidlərin artıq transmilli xarakter daşıdığını qəbul etməliyik. Heç bir region bu risklərdən sığortalanmayıb və buna görə də ikitərəfli, regional və çoxtərəfli səviyyələrdə əməkdaşlığımızı gücləndirməliyik", - A.Koşta bildirib.
Onun sözlərinə görə, Aİ Mərkəzi Asiyanın təhlükəsizlik sahəsində, o cümlədən terrorizm, ekstremizm və narkotiklərə qarşı mübarizə sahəsində uzunmüddətli tərəfdaşıdır.
Aİ Şurasının sədri vurğulayıb ki, Aİ və Mərkəzi Asiya qeyd olunan sahələrdə dialoq aparır və bu, əməkdaşlığı gücləndirməyə imkan verir.
"Mən birlikdə terrorizm və zorakı ekstremizmə qarşı mübarizə üzrə xüsusi dialoqa başlamaqla bağlı razılığa gəlməyimizə şadam. Bu, ümumi təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə vacib addımdır", - o bildirib.
A.Koşta əlavə edib ki, Aİ Mərkəzi Asiya ölkələri ilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində qarşılıqlı əlaqələri genişləndirməyə hazırdır. O qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İnvestisiya Bankı Mərkəzi Asiya ölkələri ilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində əlaqələri genişləndirməyə çalışır.
"İqlim dəyişikliyi elə bir sahədir ki, burada birgə fəaliyyətimiz təkcə öz mənfəətimiz üçün deyil, həm də qlobal sabitlik, təhlükəsizlik və rifah naminə lazımdır. Su çatışmazlığı, hava keyfiyyətinin pis olması, çirklənmə və biomüxtəlifliyin itirilməsi kimi problemlər regionlarımızın təhlükəsizliyi və rifahı üçün ciddi təhdiddir", - o bildirib.
Oxşar xəbərlər
Koşta: Aİ Paris iqlim sazişi üzrə öhdəliklərinə sadiqdir
Fon der Lyayen: "Aİ Mərkəzi Asiya ölkələri ilə kritik xammalın emalı da daxil olmaqla tərəfdaş olmağa hazırdır"
Antonio Koşta Aİ-nin müdafiəsinin gücləndirilməsi sahəsində əlavə səylərə çağırıb
Antonio Koşta: Ukrayna və Moldovanın gələcəklərinin Avropa İttifaqında olacağına şübhə yoxdur
Antonio Koşta: Aİ-nin gələcək üzvü kimi Ukrayna ilə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











