Koşta: Aİ Paris iqlim sazişi üzrə öhdəliklərinə sadiqdir
sizinxeber.az xəbər saytı

Koşta: Aİ Paris iqlim sazişi üzrə öhdəliklərinə sadiqdir


Avropa İttifaqı (Aİ) Paris iqlim sazişi çərçivəsində öhdəliklərinə sadiqdir.

"Report"un Səmərqənddəki müxbirinin məlumatına görə, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta "Mərkəzi Asiya-Avropa İttifaqı" sammiti çərçivəsində keçirilən Beynəlxalq İqlim Forumunun açılışında bildirib.

"Avropa İttifaqı etibarlı, proqnozlaşdırıla bilən və etibar edilən tərəfdaşdır. Biz Paris sazişi, Gələcək haqqında Pakt və Dayanıqlı İnkişaf Məqsədləri kimi beynəlxalq öhdəliklərimizə sadiqik. Aİ buna təkcə etibarlı tərəfdaş kimi deyil, həm də iqlim dəyişikliyinə davamlılıq, təbii fəlakətlərə hazırlıq və dayanıqlı rifah məsələlərində uzunmüddətli müttəfiq kimi hazırdır. Gəlin təxirəsalmadan, cəsarətlə və birlikdə hərəkət edək", - A.Koşta əlavə edib.

Oxşar xəbərlər

Antonio Koşta: Avropa İttifaqı təyyarə qəzasının hərtərəfli araşdırılması ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir
Antonio Koşta: Ukrayna və Moldovanın gələcəklərinin Avropa İttifaqında olacağına şübhə yoxdur
Səmərqənddə Beynəlxalq İqlim Forumu başlayıb
Antonio Koşta: Aİ-nin gələcək üzvü kimi Ukrayna ilə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Antonio Koşta Aİ-nin müdafiəsinin gücləndirilməsi sahəsində əlavə səylərə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər