IMF: ABŞ-nin rüsumları dünya iqtisadiyyatının inkişafı üçün ciddi risk təşkil edir
Çərşənbə günü qarşılıqlı prinsip əsasında tətbiq ediləcəyi elan olunan Amerika gömrük rüsumları dünya iqtisadiyyatının inkişafı üçün ciddi risk təşkil edir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva yazılı bildirib.
“Biz hələ də elan edilmiş tarif tədbirlərinin makroiqtisadi fəsadlarını qiymətləndiririk, lakin onlar aydın şəkildə zəif artım dövründə dünya iqtisadiyyatının perspektivləri üçün əhəmiyyətli risk təşkil edir. Dünya iqtisadiyyatına daha çox zərər verə biləcək addımlardan çəkinmək vacibdir”, – o qeyd edib.
“Biz Amerika Birləşmiş Ştatlarını və onun ticarət tərəfdaşlarını ticarət gərginliyinin həlli və müəyyənsizliyin azaldılması istiqamətində konstruktiv işə çağırırıq”, – fond başçısı əlavə edib. Onun sözlərinə görə, IMF-in rüsumların fəsadları ilə bağlı araşdırmasının nəticələri ayın sonunda qlobal iqtisadi inkişaf perspektivlərinə dair hesabatında dərc olunacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. O, idxal mallarına minimum 10 % rüsum təyin edəcəyini bildirib. Ayrı-ayrı dövlətlər üçün o, fərdi rüsumlar müəyyən edib. Bundan başqa, Vaşinqton aprelin 3-dən ölkəyə gətirilən bütün avtomobillərə 25 % rüsum tətbiq edib.
Tədbirlər Çin (34 %), Aİ (20 %), Vyetnam (46 %), Hindistan (26 %), İndoneziya (32 %), Kamboca (49 %), Malayziya (24 %), Koreya Respublikası (25 %), Tailand (36 %), Tayvan (32 %), İsveçrə (31 %), Yaponiya (24 %) və bir sıra digər ölkələrə təsir edib.
Bununla yanaşı, Tramp Vaşinqtonun yeni gömrük rüsumlarının tətbiqi ilə əlaqədar perspektivdə Amerika fond bazarında əsas kotirovkaların artım nümayiş etdirəcəyi irəli sürüb, bu tədbirlər 6-7 trilyon dollar həcmində investisiya cəlb etməyə imkan verəcək.
“Düşünürəm ki, hər şey çox yaxşı gedir. Bazarlarda sürətli artım olacaq”, – Tramp rüsumların tətbiqinin ABŞ fond bazarına təsirindən danışarkən deyib.
Amerika liderinin iddialarının əksinə olaraq, ABŞ-də fond bazarında hərrac əsas kotirovkaların düşməsi ilə açılıb. Azalma 2,9-4,6 % təşkil edib ki, bu da təxminən 2-2,8 trilyon dollar həcmində qiymətləndirilib.
Oxşar xəbərlər
IMF: Ticarət dünya iqtisadiyyatının artım mühərriki olmaqdan çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Kanadanın poladı və alüminiumuna rüsumları artırmaqdan imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2025-2026-cı illər üçün artım proqnozunu dəyişməz saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Bankı: "Azərbaycanda kənd təsərrüfatında məhsuldarlıq 20 % artacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Komissiyası ABŞ-nin ticarət rüsumları ilə bağlı yekun qərarını gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















