Tramp Kanadanın poladı və alüminiumuna rüsumları artırmaqdan imtina edib
sizinxeber.az xəbər saytı

Tramp Kanadanın poladı və alüminiumuna rüsumları artırmaqdan imtina edib


ABŞ Prezidenti Donald Tramp martın 12-dən Kanadadan ABŞ-yə polad və alüminium tədarükünə rüsumların 50%-ə qədər artırılması qərarından imtina edib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Ağ Evin nümayəndəsi Kuş Desay bildirib.

"Prezident Trampın icra səlahiyyətlərindən istifadə edərək Kanadaya 50 faizlik tarif tətbiq edəcəyi ilə hədələməsindən sonra Ontario əyalətinin rəhbəri Daq Ford ABŞ-nin ticarət naziri Hovard Lutniklə söhbətində Birləşmiş Ştatlara elektrik enerjisi ixracına 25 faizlik tarif tətbiqindən geri çəkildiyini bildirib.

Prezident Tramp ABŞ xalqı naminə qələbə qazanmaq üçün bir daha dünyanın ən yaxşısı və ən böyüyü olan Amerika iqtisadiyyatının rıçaqlarından istifadə etdi. Onun əvvəlki sərəncamlarına uyğun olaraq, polad və alüminiuma 25 faizlik tarifləri, istisnalar və ya güzəştlər olmadan, Kanada və bütün digər ticarət tərəfdaşlarımız üçün martın 12-də gecə yarısı qüvvəyə minəcək", - Desay deyib.

Oxşar xəbərlər

ABŞ fevralın 4-dən Kanada mallarına 25 faizlik rüsum tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanada ABŞ-dən 155 milyard dollarlıq mallara 25% cavab rüsumları tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp ABŞ-yə polad və alüminium idxalına 25 % rüsum tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp Trüdo ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Amerikaya idxal olunan mallara qoyulan rüsumlar yenidən artırıla bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər