KİV: ABŞ yaxın həftələrdə İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
sizinxeber.az xəbər saytı

KİV: ABŞ yaxın həftələrdə İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır


ABŞ yaxın həftələrdə İrandakı nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “The Daily Mail” nəşri anonimlik şərti ilə məlumat verən israilli siyasətçilərə və hərbçilərə istinadən yazıb.

İsrail hökumətindəki yüksək rütbəli mənbə nəşrə bildirib ki, bunu çoxdan etmək lazım idi.

Bunlar çılğın tələblər deyil. Bu, İsraildə və bütün dünyada sabitlik üçün son dərəcə vacibdir. Artıq buna son qoymağın vaxtıdır”, - deyə o, İran hökumətindən nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyi tələb edən ABŞ Prezidenti Donald Trampın sözlərini şərh edərkən söyləyib.

Nəşr qeyd edir ki, ABŞ-nin İrana hücuma hazırlığının təsdiqi “B2 Spirit” strateji bombardmançılarının Hind okeanındakı Dieqo Qarsiya adasındakı Amerika-Britaniya hərbi bazasına köçürülməsi ola bilər. Hazırda orada 7 belə təyyarə, eləcə də yanacaqdolduran təyyarələr var.

Oxşar xəbərlər

KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
KİV: İsrail İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər
WSJ: İsrail 2025-ci ildə İranın nüvə obyektlərinə zərbələr endirə bilər
Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib
KİV: İsrail İranın nüvə obyektlərinə hücumlardan çəkinəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər