Pakistan Prezidenti təcili olaraq Kəraçi xəstəxanasına çatdırılıb
sizinxeber.az xəbər saytı

Pakistan Prezidenti təcili olaraq Kəraçi xəstəxanasına çatdırılıb


Pakistan Prezidenti Asif Əli Zərdari vəziyyəti pisləşdiyi üçün təcili olaraq Kəraçidəki özəl xəstəxanaya yerləşdirilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Pakistan Xalq Partiyasının (PPP) məlumatına görə, Zərdari hazırda müalicə alır və həkimlər onun vəziyyətini qiymətləndirmək üçün lazımi tibbi müayinələr aparırlar. Xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib: hüquq-mühafizə orqanları müəssisənin ərazisinə icazəsiz girişi məhdudlaşdırıb.

Xəstəxanaya yerləşdirilməsindən bir gün əvvəl prezident Nəvabşahdakı iqamətgahında Ramazan bayramı namazında iştirak edib. Orada onu Milli Assambleyanın sədr müavini Qulam Mustafa Şah, əyalət naziri Əli Həsən və bir sıra qonaqlar müşayiət edib.

Xatırladaq ki, 2024-cü ildə BƏƏ-yə özəl səfəri zamanı Dubayda təyyarədən çıxarkən Zərdarinin ayağı sınıb.

Hələlik onun səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib.

Oxşar xəbərlər

Pakistan Prezidenti fevralın 4-8-də Çinə səfər edəcək
Pakistan Prezidenti Dubay hava limanında təyyarədən enərkən ayağını sındırıb
Pakistan Prezidenti Asif Əli Zərdari ayağını sındırıb
Pakistan Prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Pakistan Fələstin xalqına növbəti humanitar yardım göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər