sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Pakistan Prezidenti Dubay hava limanında təyyarədən enərkən ayağını sındırıb
Pakistan Prezidenti Asif Əli Zərdari oktyabrın 30-da axşam Dubay Beynəlxalq Hava Limanında təyyarədən enərkən yıxılıb.
“Report” xəbər verir ki, bu barədə “Dawn” qəzeti prezident katibliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Dövlət başçısı yıxıldıqdan sonra dərhal xəstəxanaya aparılıb. Tibbi müayinədən sonra onun ayağının sındığı məlum olub və gips sarğısı qoyulub.
Qeyd olunub ki, Zərdariyə tam istirahət təyin olunub. Prezident dörd həftə ərzində gips taxmalı olacaq.
Oxşar xəbərlər
Latviya Prezidenti velosipeddən yıxılaraq qolunu sındırıb
ABŞ-də hava limanında iki təyyarə toqquşub
Pakistan Fələstin xalqına növbəti humanitar yardım göndərib
Almaniyanın xarici işlər nazirini Çinə səfəri zamanı heç bir rəsmi şəxs qarşılamayıb
Prezident İlham Əliyev Rusiyaya səfərə gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













