Sizinxeber.az » DÜNYA » Digər ölkələr » Fransada genişmiqyaslı etiraz aksiyaları keçiriləcək

Fransada genişmiqyaslı etiraz aksiyaları keçiriləcək

Fransada genişmiqyaslı etiraz aksiyaları keçiriləcək.

“Sizinxeber.az” xəbər verir ki, bunu "Milli Birlik" partiyasının lideri Jordan Bardellya Marin Le Penə qarşı hökmün elan edilməsindən dərhal sonra “CNews” telekanalına müsahibəsində bildirib.

"Hesab edirəm ki, fransızlar qəzəblənməlidirlər, biz bu həftə sonu nümayişlər təşkil edəcəyik. Le Penin işi üzrə qərar çıxaran hakimlərə qarşı hər hansı təhdid və təhqir qəbuledilməzdir”, - o qeyd edib.

Xatırladaq ki, dünən Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitlərindən məqsədyönlü istifadə etməməkdə təqsirli hesab edib. İddia olunur ki, 2006-2016-cı illər arasında Le Pen partiya üçün deputat köməkçilərini saxtakarlıq yolu ilə işə götürüb.

Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işində təqsirli bilərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Məhkəmənin qərarına əsasən, Le Pen bu müddətin iki ilini şərti olaraq, digər iki ilini isə ev dustaqlığında keçirəcək. O, həmçinin 2027-ci il prezident seçkilərində iştirak edə bilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !