Le Pen məhkəmədən apellyasiya şikayəti verəcək
Fransanın "Milli Birlik" Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen onu seçki hüquqlarından məhrum edən Paris məhkəməsinin hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə siyasətçinin vəkili Rodolf Bosselyu BFMTV telekanalının efirində bildirib.
Vəkilin sözlərinə görə, qalmaqallı vəziyyət yaranıb və müdafiə tərəfi boş oturmaq niyyətində deyil.
Bosselyu qeyd edib ki, Le Pen özü də məhkəmənin qərarından şoka düşüb, xüsusilə də seçkilərdə iştirak qadağası dərhal qüvvəyə minib.
Xatırladaq ki, Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işində təqsirli bilərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib və 100 min avro məbləğində cərimələyib. Məhkəmənin qərarına əsasən, Le Pen bu müddətin iki ilini şərti olaraq, digər iki ilini isə elektron bilərziklə ev dustaqlığında keçirəcək. O, həmçinin beş il müddətinə seçki hüquqlarından məhrum edilib.
Oxşar xəbərlər
Paris məhkəməsi Marin Le Penə cəza verib
Paris məhkəməsi Marin Le Peni parlament köməkçiləri işində təqsirli bilib
Paris prokurorları Marin Le Penin həbs edilməsini tələb ediblər
Məhkəmə Sarkozinin azadlıqdan məhrum edilməsi qərarını qüvvədə saxlayıb
Paris məhkəməsi Le Peni Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
-
Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? VİDEO
-
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
-
Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat
-
Əli Kərimlinin yeni mesajları yayıldı – Mətbuat Xidmətindən açıqlama












