ABŞ Dövlət Departamenti Marin Le Penə qarşı məhkəmə qərarını şərh edib
sizinxeber.az xəbər saytı

ABŞ Dövlət Departamenti Marin Le Penə qarşı məhkəmə qərarını şərh edib


Qərb ölkələri uyğun olmayan şəxsləri siyasi proseslərdən kənarda qoymamalıdırlar.

"Sizinxeber.az" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs Fransanın "Milli Birlik" Partiyası parlament fraksiyasının rəhbəri Marin Le Penə qarşı məhkəmə qərarını şərh edərkən deyib.

“İnsanların siyasi proseslərdən kənarda qalması xüsusilə narahatedicidir”, - Brüs vurğulayıb.

Qeyd edək ki, martın 31-də Le Pen 4 il müddətinə azadlıqdan məhrum edilib və 5 il dövlət vəzifəsində çalışa bilməyəcək. Siyasətçi cəzasını həbsxanada çəkməyərək evində elektron qolbaqla keçirəcək.

Le Pen və digər səkkiz deputat Avropa Parlamentində köməkçiləri işə götürmək üçün nəzərdə tutulan vəsaitləri mənimsəməkdə təqsirli biliniblər.

Siyasətçinin cəzası onun 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcəyi anlamına gəlir.

Oxşar xəbərlər

Paris məhkəməsi Marin Le Penə cəza verib
Sağçıların petisiyası: Marin Le Penə qarşı hökm Fransa demokratiyasının edamıdır
Paris məhkəməsi Marin Le Peni parlament köməkçiləri işində təqsirli bilib
Fransada məhkəmə Le Peni 2027-ci ildə prezidentliyə namizəd olmaqdan məhrum edə bilər
Fransa məhkəməsi Le Pen işi üzrə hökmü gələn ilin martında elan edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər