Fransa məhkəməsi Le Pen işi üzrə hökmü gələn ilin martında elan edəcək
Paris məhkəməsi 2025-ci il martın 31-də Avropa Parlamentindəki köməkçilərinin Marin Le Pen və Milli Birlik Partiyasının bəzi digər keçmiş və indiki üzvlərinə qarşı işi üzrə hökmü elan edəcək.
Bu barədə “Sizinxeber.az” TASS-a istinadən xəbər verir.
Qeyd olunub ki, bunu təxminən bir aya yaxındır davam edən və bu gün bitən iş üzrə dinləmələrin nəticələrindən görmək olar.
Xatırladaq ki, senytabrın 30-da Fransada “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Pen və partiyanın bəzi üzvlərinə qarşı məhkəmə prosesi başlayıb. Siyasətçinin atası Jan-Mari Le Pen və daha 23 partiya üzvü 2004-2016-cı illərdə Avropa İttifaqının dövlət vəsaitlərindən sui-istifadədə ittiham olunurlar.
İddia olunur ki, “Milli Birlik” partiyasının üzvləri pulları əslində yalnız partiyaya işləyən deputat köməkçilərinin işinə sərf ediblər.
Marin Le Pen, digər məsələlərlə yanaşı, Avropa Parlamenti üçün mərkəzləşdirilmiş pulların yuyulması sistemi yaratmaqda ittiham olunur. Ümumi zərərin 6,8 milyon avro olduğu təxmin edilir.
Siyasətçinin günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs, 1 milyon avro cərimə və 5-10 il dövlət vəzifəsinə seçilə bilməmək cəzası gözləyir. Belə olan halda o, 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək.
Oxşar xəbərlər
Fransada məhkəmə Le Peni 2027-ci ildə prezidentliyə namizəd olmaqdan məhrum edə bilər
Paris prokurorları Marin Le Penin həbs edilməsini tələb ediblər
Le Pen Fransa prezidentinin siyasətini tənqid edib
Marin Le Penin qardaşı qızı öz partiyasını yaratdığını elan edib
Makron Le Penlə Fransa hökumətinin gələcəyini müzakirə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
