sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Liberallar Kanadada seçkilərə bir ay qalmış sorğularda liderdir
Kanadada Baş nazir Mark Karninin hakim “Liberal Partiyası” ümumi seçkilərə bir ay qalmış seçicilərin dəstəyini qazanıb.
“Report” xəbər verir ki, bu barədə “Nanos Research” tədqiqat şirkətinə sosial sorğu keçirməyi tapşırmış CTV kanalı məlumat yayıb.
Alınan məlumatlara görə, hazırda respondentlərin 42%-i liberallara, 37%-i isə “Kanada Mühafizəkarlar Partiyası”na etibar edir.
Üçüncü yerdə “Yeni Demokrat Partiyası” qərarlaşıb. Sorğu iştirakçılarının 11%-i bu partiyaya səs verməyə hazırdır. Digər siyasi qüvvələrin reytinqi isə 5,5%-i keçmir.
Martın 27-dən 29-dək aparılan sorğuda təxminən 1300 kanadalı iştirak edib.
Oxşar xəbərlər
Castin Trüdonun etimad reytinqi kəskin şəkildə aşağı düşüb
KİV: Şoltsun partiyasının reytinqi düşməyə davam edir
Sorğu: Almanların 70%-i hazırkı hökumətin işindən narazıdır
Sorğu: Gürcüstanın hakim partiyası 56,1 faiz səslə parlament seçkilərində qalib gəlib
Gürcüstan MSK: “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













