İlon Mask Avropa komissarını komediya personajı ilə müqayisə edib
Milyarder İlon Mask ABŞ prezidentliyinə namizəd Donald Trampla “X” sosial şəbəkəsində nəzərdə tutulan canlı yayımına qarşı çıxaran Avropanın daxili bazar məsələləri üzrə komissarı Tyerri Bretonu “Monti Payton” komediya filmindəki personajla müqayisə edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İlon Mask “X”də paylaşım edib.
“Tyerri mənə həmişə “Monti Payton”dan olan fransız istehzaçını xatırladır”, - o qeyd edib.
Bundan əvvəl Avropanın daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton Maska rəsmi məktub göndərərək ABŞ prezidentliyinə namizəd Donald Trampla müsahibəsinin yayımlanmacağı təqdirdə sosial şəbəkəni cəzalandıracağı barədə xəbərdarlıq etmişdi.
Komissar Trampla müsahibəni “zərərli məzmun” kimi təsnif edib.
Oxşar xəbərlər
İlon Mask “X” sosial şəbəkəsini boykot edənlərə “müharibə” elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
