ABŞ-nin İT sektoru Trampın iqtisadiyyatla bağlı bəyanatından sonra 1 trilyon dollar itirib
sizinxeber.az xəbər saytı

ABŞ-nin İT sektoru Trampın iqtisadiyyatla bağlı bəyanatından sonra 1 trilyon dollar itirib


ABŞ Prezidenti Donald Trampın Amerika iqtisadiyyatının yavaşlaya biləcəyi barədə bəyanatlarından sonra “NASDAQ 100” texnologiya indeksinin səhmləri 1 trilyon dollar kapitallaşma itirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” bildirib.

Martın 9-da “Fox News” efirində Tramp idxal mallarına rüsumların artırılmasının Amerika iqtisadiyyatına təsir edə biləcəyini etiraf etsə də, mümkün resessiya haqqında sualdan yayınıb.

“Nasdaq 100” indeksi təxminən 4 % azalıb ki, bu da 2022-ci ildən bəri ən pis göstəricidir. Bakı vaxtı ilə 22:13-ə olan vəziyyətə görə, ən çox zərər çəkmiş “Tesla” olub: elektromobil istehsalçısının indeksi 14 % azalıb. Proqram təminatı tərtibatçısı “Palantir Technologies”in səhmləri 11 %, “Apple” şirkətinin qiymətli kağızları 5,3 %, “Microsoft” 3,5 %, “Nvidia” isə 4,8 % azalıb.

Son bir ayda ABŞ-nin aparıcı indeksləri təxminən 5 % azalıb, Amerika şirkətlərinin bazar kapitallaşmasını 3,4 trilyon dollar azaldıb.

Xatırladaq ki, Donald Tramp seçkiqabağı kampaniyası zamanı prezidentliyi dövründə ABŞ-nin “Qızıl dövr”ə qədəm qoyacağını vəd etmişdi. Martın 5-də Konqres qarşısında “Ölkənin vəziyyəti haqqında” müraciətlə çıxış edən Tramp bu tezisi təkrarlayaraq Amerika “Qızıl dövrünün yenicə başladığını” söyləmişdi.

Oxşar xəbərlər

“Nvidia” Çinin “DeepSeek” süni intellekt startapına görə yarım trilyon dollar dəyər itirib
“Tesla” ilin əvvəlindən bəri bazar dəyərini 94 milyard dollar itirib
Maskın sərvəti ilk dəfə 400 milyard dollardan aşağı düşüb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Amerika və Avropa birjalarında əsas indekslərdə azalma müşahidə edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər