Mark Karni Kanadanın yeni baş naziri olacaq
Kanadada Mark Karni hakim Liberal Partiyasının lideri seçilib. Onun namizədliyini partiya üzvlərinin 85,9 faizi dəstəkləyib.
“Report” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Qeyd olunub ki, namlı qələbə qazanan Karni hökumətə də başçılıq edəcək. Ümumilikdə səsvermədə hakim partiyanın 400 minə yaxın üzvü iştirak edib.
Bu vəzifə uğrunda mübarizə aparan digər namizədlər keçmiş maliyyə naziri və baş nazirin keçmiş müavini Xristiya Friland 8% və Kanada hökumətinin İcmalar Palatasında (parlamentin aşağı palatası) lideri Karina Quld 3% səs toplayıb.
Karni yalnız hazırkı baş nazir Castin Trüdo general-qubernator Meri Saymona istefa ərizəsi təqdim etdikdən sonra baş nazir postunu tutacaq.
Oxşar xəbərlər
Kanadanın baş naziri Liberal Partiyasının lideri vəzifəsindən istefa verib
Kanadada müxalifət lideri Trüdonu devirməkdə israrlıdır
Trüdonun partiyasından olan 50-dən çox deputat onun istefasını istəyib
Trüdonun Liberal Partiyasının rəhbəri vəzifəsindən istefa verəcəyi gözlənilir
Kanada Baş nazirinin istefası yenidən müzakirə ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













