İran XİN: Qafqazda təhlükəsizliyin və sabitliyin qorunmasına sadiqik
sizinxeber.az xəbər saytı

İran XİN: Qafqazda təhlükəsizliyin və sabitliyin qorunmasına sadiqik


Rəsmi Tehran Qafqazda təhlükəsizliyin və sabitliyin qorunmasına sadiqdir.

"Sizinxeber.az"un məlumatına görə, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani erməni həmkarı Ararat Mirzoyanla telefon danışığında bildirib.

“İranın regional təhlükəsizlik doktrinası region ölkələrinə güvənmək üzərində qurulub, İran Qafqazda təhlükəsizlik və sabitliyin qorunmasında effektiv rol oynamağa davam edəcək”, - o deyib.

Ölkə diplomatiyasının rəhbəri həmçinin Tehranın helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahyanın əldə etdiyi razılaşmaları yerinə yetirməyə hazır olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
Abdullahian İrəvanda mesaj verdi: Sülh olsun, bu şərtlə…
Ermənistan XİN başçısı ilə İranın ali liderinin müşaviri Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ediblər
İranın xarici işlər naziri Ermənistana səfər edəcək
İranın XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh sazişi danışıqlarını alqışlayıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər