Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlüləsizlik və korupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclası 2027-ci dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O əlavə edib ki, müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması, hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi ölkənin təhlükəsizlik ehtiyaclarının qarşılanmasına xidmət edir:
“Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi, böyük qayıdışın təmin olunması və həmin ərazilərdə dayanıqlı yaşayış şəraitinin yaradılması dövlət büdcəsinin mühüm istiqamətləri sırasında yer alır. Bütün bunlar nəzərə alınaraq müdafiə və milli təhlükəsizlik xərcləri üçün cari ildən 100 milyon manat çox, mütləq rəqəmlə isə 8,8 milyard manat vəsait nəzərdə tutulub”.
Milli Məclisin sədr müavini bildirib ki, həm uzunmüddətli xidmət keçmiş hərbi qulluqçuların mənzillə təminatı, həm də kirayədə yaşayan və yaşayış sahəsi olmayan hərbi qulluqçulara kompensasiyaların ödənilməsi üçün 30 milyon manatadək vəsait ayrılması nəzərdə tutulub:
“Bu tədbirlər hərbi xidmətin motivasiyasını, müdafiə sahəsində çalışan şəxslərin sosial təminatının gücləndirilməsinə xidmət edəcək. Həmçinin əsaslı xərclər bölməsində də müdafiə sahəsinə 4 milyard manat yönəldiləcəkdir”.