"United Airlines" şirkətinə məxsus təyyarənin sərnişini üzərində partlayıcı qurğu olduğunu bildirərək pilotların kabinəsinə daxil olmağa cəhd göstərib.

Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

Hadisə ABŞ-nin Nyu-Cersi ştatından Luizianaya həyata keçirilən uçuş zamanı qeydə alınıb. Havaya qalxdıqdan qısa müddət sonra pilotlar kabinəyə müdaxilə cəhdi barədə məlumat veriblər.

Nəşrin məlumatına əsasən, qaydanı pozan şəxs ingilis dilini demək olar ki, bilməyən 34 yaşlı latınamerikalı olub. Təyyarə heyəti həmin sərnişinin qarşısını almağa müvəffəq olub. Sözügedən şəxs hava gəmisinin arxa hissəsində zərərsizləşdirilib. Bundan sonra uçuş davam edib və təyyarə Yeni Orleana uğurla eniş edib.