Tramp bəzi ölkələrə cavab rüsumları tətbiq edəcək
ABŞ Prezidenti Donald Tramp aprelin 2-dən idxal olunan mallara yeni, cavab rüsumları tətbiq etmək niyyətində olduğunu açıqlayıb.
“Sizinxeber.az” xəbər verir ki, o, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında ölkədəki vəziyyət, daxili və xarici siyasətin prioritetləri barədə danışarkən bildirib.
Prezident vurğulayıb ki, o, əvvəlcə tariflərin tətbiqi tarixini aprelin 1-nə təyin etmək istəyib, lakin “Axmaqlar” günü ilə əlaqəli olmamaq üçün onu aprelin 2-nə keçirmək qərarına gəlib:
“Əgər məhsulunuzu Amerikada istehsal etməsəniz, Tramp administrasiyası dövründə tariflər ödəyəcəksiniz və bəzi hallarda bu, olduqca əhəmiyyətli olacaq. Digər ölkələr onilliklərdir ki, bizə qarşı tariflərdən istifadə edir və indi onlara qarşı istifadə etmək növbəsi bizdədir.
Orta hesabla, Avropa İttifaqı, Çin, Braziliya, Hindistan, Meksika və Kanada bizdən fərqli olaraq daha yüksək tariflər tələb edir. Bu son dərəcə ədalətsizlikdir. Çinin mallarımıza orta tarifi bizdən iki dəfə, Cənubi Koreyanınkı isə dörd dəfə yüksəkdir. Bir düşünün: dörd dəfə yüksəkdir! Eyni zamanda, biz Cənubi Koreyaya böyük hərbi və digər yardımlar göstəririk. Amma bizimlə etdikləri məhz belədir”.
Tramp həmçinin qeyd edib ki, yeni tədbirlər Amerika bazarını haqsız rəqabətdən qorumaq məqsədi daşıyır.
Oxşar xəbərlər
ABŞ Prezidenti bəzi ölkələrə qarşı qarşılıqlı tariflər elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Şolts ABŞ-yə qarşı cavab rüsumları tətbiq etməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İspaniya XİN başçısı: Aİ vahid bazarın maraqlarını qorumağa hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ Aİ mallarına rüsum tətbiq etsə, birlik sərt cavab verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Castin Trüdoya xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












