

Dünyada ən çox uşağın aclıqdan əziyyət çəkdiyi ölkə məlum olub
BMT Nigeriyanın şimal-şərqində milyonlarla uşağın ərzaq və qidalanma böhranı ilə üzləşdiyini bildirib.
Bu barədə “Sizinxeber.az” xarici mətbuata istinadən xəbər verir.
BMT Nigeriyanın paytaxtı Abuca şəhərində "2024-cü ilin quraq mövsümündə ərzaq təhlükəsizliyi və qida böhranı planı" adlı tədbir təşkil edib.
Təşkilatın humanitar yardım üzrə koordinatoru və Nigeriyadakı daimi nümayəndəsi Məhəmməd Fall proqramın açılışında çıxış edərək terror aktlarının ölkənin şimal-şərqindəki Adamava, Borno və Yobe əyalətlərinə mənfi təsir göstərdiyini söyləyib.
Fall vurğulayıb ki, əyalətlərdə 5,9 milyon uşaq qida böhranı ilə üz-üzədir. Bu, dünyada ən yüksək göstəricidir: "Borno, Adamava və Yobe əyalətlərində də 5 yaşınadək 700 min uşaq yetərincə qidalanmır".
O, qeyd edib ki, ölkədə ərzaq və qidalanma böhranının fəlakətli inkişafının qarşısını almaq üçün 306 milyon dollar maliyyə tələb olunur.
Oxşar xəbərlər
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
2024-cü ildə Afrikada aclıqdan əziyyət çəkən insanların sayı rekord həddə çatacaq
Nigeriyanın şimal-qərbindəki üç kənddən 100-dən çox insan qaçırılıb
Nigeriyada silahlılar kəndlərə hücum ediblər, ölənlər var
"Rosselxoznadzor": Azərbaycandan Rusiyaya 29,3 milyon yumurta tədarük edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb
-
“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
-
Peskov: Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür
