

Ukraynanın Belqoroda hücumu nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - YENİLƏNİB-2
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə hücumu zamanı dağılan binada ölənlərin sayı 19 nəfərə çatıb.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Məlumata görə, mayın 13-də dağıntılar altından 15 nəfərin meyiti çıxarılıb. Bildirilib ki, mayın 12-də baş verən atışma nəticəsində 3 nəfər ölüb, daha bir yaralı qadın xəstəxanada ölüb.
Qubernator qeyd edib ki, atışma zamanı 27 nəfər yaralanıb, onlardan 6-sı dövlət hospitalına yerləşdirilib.
Sədrəddin İsmayılov
Rusiyanın Belqorod şəhərində qismən dağılmış hündürmərtəbəli binanın dağıntılarının təmizlənməsi işləri yekunlaşıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Belqorod şəhərində axtarış-xilasetmə əməliyyatları və dağıntıların təmizlənməsi başa çatıb. 17 nəfəri xilas etmək mümkün olub. Təəssüf ki, dağıntılar altından 15 nəfərin cəsədi çıxarılıb”, - nazirlikdən bildirilib.
Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərini raketlərlə atəşə tutub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, mərmilərdən biri Şors küçəsində on mərtəbəli yaşayış binasına ciddi ziyan vurub və binanın girişi tamamilə dağılıb.
Xilasedicilər dağıntıların altından 12 nəfərin meyitini çıxarıb. Qeyd olunub ki, 31 nəfər müxtəlif xəsarətlər alıb.
Oxşar xəbərlər
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-4
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB-3
Ukraynanın Belqoroda zərbəsi: 18 ölü, 111 yaralı
Ukrayna Belqoroda növbəti dəfə hücum etdi
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
-
Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
-
Azərbaycan Prezidenti: Ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq
-
Azərbaycanın Müstəqillik Günü münasibətilə Domodedovo hava limanında xüsusi proyeksiya edilib
