KİV: Trampın dövründə MKİ Meksikada narkokartellərə qarşı aqressiv mübarizə aparacaq
- 17-02-2025, 23:00
- DÜNYA / Digər ölkələr
- 0
- 743
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff qurumun resurslarını Meksikadakı narkotik kartelləri ilə mübarizəyə yönəltmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “The Washington Post" qəzeti mənbələrə istinadən yazıb.
“Meksikada və regionda narkotik kartelləri ilə mübarizə Tramp administrasiyasının qeyri-qanuni narkotik alverinin yaratdığı ciddi təhlükə ilə mübarizə kampaniyasının bir hissəsi kimi MKİ üçün prioritetdir. Direktor Retkliff bu çətin vəzifəni yerinə yetirmək üçün MKİ-nin unikal təcrübəsindən istifadə etməkdə qətiyyətlidir”, - MKİ nümayəndəsi bildirib.
Nəşrin mənbələri onu da qeyd edib ki, MKİ Latın Amerikası ölkələrindən olan həmkarları ilə məlumat paylaşmağı və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə cavabdeh olan bölmələr üçün təlim keçirməyi planlaşdırır.
Keçmiş Pentaqon və kəşfiyyat əməkdaşları xəbərdarlıq edirlər ki, bu cür tədbirlər Mexikodan cavab reaksiyasına səbəb olacaq və ABŞ-Meksika münasibətlərinə, o cümlədən narkotiklərlə mübarizə sahəsində əməkdaşlığa zərər verəcək.
Xatırladaq ki, yanvarın 20-də Tramp narkotik kartellərinin xarici terror təşkilatları siyahısına daxil edilməsinə icazə verən sərəncam imzalayıb. ABŞ rəsmiləri “The New York Times”a bildiriblər ki, Dövlət Departamenti narkotik qaçaqmalçılığı ilə əlaqəli ən azı səkkiz Latın Amerikası cinayət qrupunu siyahıya əlavə etmək niyyətindədir.


width="220" alt="Con Retkliff MKİ-nin direktoru vəzifəsinə təsdiqlənib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />