Tramp: ABŞ hakimiyyəti narkotik kartellərini terror təşkilatı hesab edəcək
ABŞ Prezidenti Donald Tramp Meksikadakı narkotik kartellərini terror təşkilatları kimi tanıyacağını açıqlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə o, andiçmə mərasimində çıxışı zamanı bildirib.
"Bu gün imzaladığım sərəncama əsasən, biz kartelləri xarici terror təşkilatları kimi tanıyacağıq", - ABŞ lideri inauqurasiya nitqində deyib.
Qeyd edək ki, Tramp bundan əvvəlki hakimiyyəti dövründə Meksika narkotik kartellərini terrorçu qruplar kimi təsnif etmək niyyətində olduğunu açıqlasa da, sonradan bu qərarın verilməsini təxirə salıb.
Bundan əvvəl Tramp Meksika hökumətindən fentanilin (sintetik opioid - red.) ABŞ-yə axınının dayandırılmasını tələb etmək niyyətində olduğunu bəyan edib.
Oxşar xəbərlər
Tramp: Ərdoğanla dostam, o, ağıllı və güclü liderdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqini təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













