Rutte: NATO ölkələri öhdəlikləri yerinə yetirməsə, Vaşinqtondan çox yaxşı bir insan onlarla əlaqə saxlayacaq
NATO ölkələrinin rəhbərləri müdafiə xərclərinə əhəmiyyətli artımın vacibliyini daha yaxşı başa düşməyə başlayıblar.
“Sizinxeber.az” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
"İndi müdafiəyə ÜDM-in 2 faizinin kifayət etmədiyini deyəndə daha çox dəstək alıram", - o qeyd edib.
Rutte yenidən bildirib ki, NATO ölkələri müdafiəyə ÜDM-in ən azı 5 %-ni xərcləməyə can atmalıdır.
Onun fikrincə, əgər NATO bu xərclərin artırılmasına razılaşsa, sonra ölkələrin götürdükləri öhdəlikləri yerinə yetirməsi mümkün olacaq.
"Əvvəlcə məndən zəng alacaqsınız. Əgər yenə də vəd edilənləri yerinə yetirməsəniz, Vaşinqtondan çox yaxşı bir insan sizinlə əlaqə saxlayacaq", - M.Rutte bildirib.
Oxşar xəbərlər
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
NATO Baş katibi müharibəyə hazırlığa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş katib: NATO ölkələri müdafiəyə ÜDM-in 2 %-dən çoxunu xərcləməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rutte NATO-dakı mövcud təhlükəsizlik vəziyyətini alyans tarixinin ən pis dövrü hesab edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rutte NATO-nun Ukrayna üzrə komandanlığının işə başladığını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













