Şolts Münxendə avtomobili izdihamın üzərinə sürən şəxsin cəzalandırılmasını tələb edib
sizinxeber.az xəbər saytı

Şolts Münxendə avtomobili izdihamın üzərinə sürən şəxsin cəzalandırılmasını tələb edib


Almaniya kansleri Olaf Şolts Münxendə avtomobili izdihamın üzərinə sürən şəxsin cəzalandırılmalı və deportasiya edilməli olduğunu bildirib.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

“Fikrimcə, tamamilə aydındır ki, bu cinayətkar heç bir güzəştə ümid edə bilməz, o, cəzalandırılmalı və ölkəni tərk etməlidir", - kansler jurnalistlərlə söhbətində deyib.

Qeyd edək ki, əfqan mənşəli şəxsin avtomobili nümayişçilərin üzərinə sürməsi nəticəsində ən azı 28 nəfər xəsarət alıb.

Şəhər polisinin nümayəndəsi Kristian Huber Əfqanıstandan olan və sığınacaq axtaran 24 yaşlı şəxsin saxlanıldığını bildirib. O, daha əvvəl oğurluq və narkotiklərə görə də polisin diqqət mərkəzində olub. Onun avtomobili insanların üzərinə sürməsi hələlik qəsdən edilmiş hücum kimi qiymətləndirilir.

Hadisə fevralın 14-də başlayacaq Münxen Təhlükəsizlik Konfransının yüksək səviyyəli qonaqlarının şəhərə gəlməsinə bir neçə saat qalmış baş verib. Bavariyanın daxili işlər naziri Yoahim Hermann avtomobilin piyadaların üzərinə sürülməsinin səbəblərinin hələ müəyyən edilmədiyini, lakin hücumu qarşıdan gələn konfransla əlaqələndirməyə əsas olmadığını bildirib.

Oxşar xəbərlər

Münxendə avtomobili izdihamın üstünə sürən şəxs əfqan mənşəli olub - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyada avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürən şəxs İslam əleyhdarı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində avtomobili izdihamın üzərinə sürən sürücü ölüm cəzasına məhkum edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maqdeburqda Milad yarmarkasında avtomobilin izdihamın üzərinə sürməsi nəticəsində beş nəfər ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Münxendə avtomobil izdihamın üzərinə sürülüb, 20 nəfər xəsarət alıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər