Qvatemalada avtobusun aşması nəticəsində ölənlərin sayı 51-ə çatıb - YENİLƏNİB
Qvatemalada avtobusun körpüdən dərəyə aşması nəticəsində ölənlərin sayı 51-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" şəhər yanğınsöndürmə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, xilasedicilər 36 kişi və 15 qadının meyitini sudan çıxarıblar.
Ordu və fəlakətlərin idarə olunması agentliyinin əməkdaşları hadisə yerinə göndərilib.
Qeyd olunur ki, Qvatemala Prezidenti Bernardo Arevalo üçgünlük milli matəm elan edib.
Qvatemalada avtobusun körpüdən dərəyə aşması nəticəsində 31 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Məlumata görə, 75 sərnişini daşıyan avtobus Qvatemala şəhərinin şimal girişində Puente Belis körpüsündən dərəyə aşıb. Yanğınsöndürmə xidmətinin sosial şəbəkədə paylaşdığı fotolarda nəqliyyat vasitəsinin qismən suya batdığı görünür.
Eyniadlı ölkənin paytaxt şəhərinin meri Rikardo Kinyones bildirib ki, hadisə yerinə təcili xidmətlər göndərilib və yol polisi zərər çəkmiş ərazidə alternativ marşrutlar yaratmaq üzərində işləyir.
“İndiyədək avtobusdan 31 nəfərin meyiti çıxarılıb. Digər insanları xilas etməyə çalışırıq”, - şəhər yanğınsöndürmə idarəsinin nümayəndəsi Maynor Ruano bildirib.
Oxşar xəbərlər
Qvatemalada baş verən qəzada 30-dan çox insan ölüb
Hindistanda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 36-ya çatıb - YENİLƏNİB
Hindistanda avtobusun dərəyə aşması nəticəsində 22 nəfər ölüb
Hindistanda avtobusun dərəyə aşması nəticəsində azı 23 nəfər ölüb
Boliviyada avtobusun aşması nəticəsində 19 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













