Ukrayna Aİ ilə USAID-in dondurulmuş layihələrinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparır
sizinxeber.az xəbər saytı

Ukrayna Aİ ilə USAID-in dondurulmuş layihələrinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparır


Ukrayna hökuməti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dondurulmuş layihələrinin maliyyələşdirilməsi ilə bağlı Avropa İttifaqı (Aİ) ilə danışıqlar aparır.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, Avropa və Avro-Atlantik inteqrasiya üzrə nazir Olqa Stefanişina "Ukraynanın Aİ-yə üzvlüyü: transformasiya gündəliyinin formalaşdırılması" mövzusunda konfransda bildirib.

"Danışıqlar davam edir. Artıq Ukrayna hökumətindəki nazirlər kritik əhəmiyyətli proqramlarla bağlı görüşlər keçiriblər: bunlar Energetika, İnfrastruktur, Rəqəmsal Transformasiya, Ədliyyə nazirlikləridir", - o qeyd edib.

O.Stefanişina vurğulayıb ki, təcili maliyyə vəsaitinin cəlb edilməsinin mümkünlüyü ilə bağlı ilkin qərarlar var - bu, bərpa, enerji dayanıqlığı və kibermüdafiə məsələləridir.

"Lakin biz gözləyirik ki, Avropa Komissiyası G7 ölkələri ilə birlikdə yaxın günlərdə məhkəmə və antikorrupsiya vertikalının əsas üzvlərini seçən müsabiqə komissiyalarının işinin bərpası ilə bağlı mövqeyini açıqlayacaq", - Baş nazirin müavini bildirib.

Onun sözlərinə görə, USAID-in Ukraynada dondurulması hakimlər korpusuna seçimlə məşğul olan bir sıra komissiyaların işində problemlər yaradıb.

Oxşar xəbərlər

Aİ Ukrayna üçün silah alışına 1,4 milyard avro yönəldib
Ukrayna rəsmisi: Xarici qoşunların ölkəyə yerləşdirilməsi məsələsini müzakirə etməyə hazırıq
Ukrayna “Gripen” və “Eurofighter” qırıcıları əldə etmək istəyir
Tramp: ABŞ Rusiya və Ukrayna rəhbərliyi ilə danışıqlar aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər