Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil
sizinxeber.az xəbər saytı

Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil


Panama kanalının administrasiyası Amerika gəmilərinin pulsuz keçidinə razılıq verməsi barədə ABŞ hakimiyyətinin yaydığı bəyanatı təkzib edib.

“Report” xəbər verir ki, bu barədə EFE agentliyi xəbər verir.

"ABŞ Dövlət Departamentinin son paylaşımına cavab olaraq, tranzit tariflərini müəyyən etmək səlahiyyətinə malik olan Panama kanalı heç bir dəyişikliyi təsdiq etmədiyini bildirir", - məlumatda qeyd olunub.

Eyni zamanda, administrasiya Amerika hərbi gəmilərinin kanaldan istifadəsi məsələsi ilə bağlı Vaşinqtonla dialoqa hazır olduğunu vurğulayıb.

Panama tərəfi bu şərhi ABŞ Dövlət Departamentinin “X” sosial şəbəkəsində Amerika dövlətinə məxsus gəmilərin kanalda pulsuz hərəkət edə biləcəyini təsdiqləməsindən sonra verib.

"ABŞ hökumətinin gəmiləri Panama kanalından pulsuz keçə biləcək. Bu, ABŞ hakimiyyətinə ildə milyonlarla dollara qənaət etməyə imkan verəcək", - məlumatda bildirilib.

Bir neçə gün bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Panamaya səfər edib. O, digər məsələlərlə yanaşı, Panama kanalı məsələsini də müzakirə edib.

Oxşar xəbərlər

Prezident Mulino Panama kanalının ABŞ-nin nəzarətinə keçməyəcəyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika Panama kanalı ilə bağlı mübahisədə Panamanı dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: Tramp və Panama rəhbərliyi müzakirələrdə Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmət etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Panama kanalının rəhbəri ABŞ-nin yeni prezidentilə bağlı xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Panama kanalına nəzarəti bərpa edəcəyinə söz verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər