Çin bu ay BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək
sizinxeber.az xəbər saytı

Çin bu ay BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək


Çin bu ay BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik edəcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq BMT-nin qərargahında ay ərzində Təhlükəsizlik Şurasının gündəliyinə dair mətbuat konfransı keçirib.

Fu Konq bildirib ki, Çinin xarici işlər nazirinin iştirakı ilə TŞ-da yüksəksəviyyəli açıq iclas keçiriləcək. İclasda çoxtərəfliliyin tətbiqi, qlobal idarəçilik islahatları və onun təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq. O vurğulayıb ki, bu iclas Çinin çoxtərəfliliyə sadiqliyini bir daha təsdiqləmək üçün vacibdir:

“Hamımız bilirik ki, bu il BMT-nin yaradılmasının 80 illiyi qeyd olunur. Əgər BMT-nin 80 illik tarixi bizə nəyisə öyrədibsə, o da beynəlxalq sülh və sabitliyin çoxtərəfliliyin ən yaxşı təminatı olmasıdır. Müasir dövrdə ölkələrin BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsaslanan sülh yolu ilə münaqişələrin həllinə sadiqliyini təsdiqləməsi vacibdir. Biz Təhlükəsizlik Şurasının rolunu gücləndirməli və üzv ölkələrin çoxtərəfliliyə, eləcə də BMT-nin qlobal proseslərdəki roluna sadiqliyini bir daha vurğulamalıyıq”.

Diplomat qeyd edib ki, fevral ayında Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümünə həsr olunmuş iclas keçiriləcək və tərəflər arasında sülh prosesinə dair müzakirələr aparılacaq. Bundan başqa, Yaxın Şərqdə davam edən münaqişələr və bölgədə dayanıqlı sülhə nail olmaq üçün atılacaq addımlar gündəmdə olacaq.

Oxşar xəbərlər

Çinin BMT-dəki daimi nümayəndəsi vəzifəsini tərk edəcək
BMT Təhlükəsizlik Şurasına rəhbərlik Sloveniyaya keçib
BMT TŞ oktyabrın 30-da Ukrayna ilə bağlı iclas keçirəcək
BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-yə keçib
İrəvan bununla BMT TŞ-nin tələblərini pozur - Bayramov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle