ABŞ-nin yeni tarifləri Pekinin kəskin narazılığına səbəb olub
ABŞ-nin idxal olunan Çin mallarına tətbiq etdiyi yeni tariflər rəsmi Pekinin kəskin narazılığına səbəb olub.
“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatında deyilir.
“Çin bundan kəskin narazılığını bildirir və qəti şəkildə buna qarşıdır ”, - bəyanatda deyilir.
Qeyd olunub ki, Çin tərəfi ABŞ-ı yanlış hərəkətlərini düzəltməyə, problemin həllinə bərabərlik, qarşılıqlı fayda və hörmət prinsipləri əsasında yanaşmağa çağırıb.
“Sohu” nəşri isə bildirib ki, ABŞ birtərəfli qaydada tariflər tətbiq etməsilə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını ciddi şəkildə pozur. Belə ki, Vaşinqtonun qeyri-qanuni hərəkətlərinə cavab olaraq Pekin ÜTT-də məhkəməyə müraciət edəcək, bundan sonra hüquq və maraqlarını etibarlı şəkildə qorumaq üçün müvafiq əks tədbirlər görəcək.
Oxşar xəbərlər
Çin ABŞ-nin sanksiyalarına qarşı cavab tədbirləri görəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin ABŞ-ni Pekin və Moskva arasında ticarət əlaqələrini pozmamağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Kanadaya ciddi xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pekin Avropa İttifaqına xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













