Konqoda etirazçılar səfirliklərə hücum ediblər - YENİLƏNİB
Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada ABŞ səfirliyindən əlavə, bir neçə diplomatik nümayəndəliyə hücum edilib.
“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bunların arasında Ruanda, Fransa, Belçika, Uqanda və Keniya səfirlikləri var.
“Reuters” agentliyinin məlumatına görə, polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib.
Fransa xarici işlər naziri Jan-Noel Barro ölkənin səfirliyinə hücum edildiyini bildirib. Onlar yanğın törədiblər, lakin yanğın nəzarət altına alınıb.
Konqonun rabitə naziri Patrik Muyaya etirazçıları hücumları dayandırmağa çağırıb. Daha sonra o, vəziyyətin nəzarət altına alındığını bildirib.
Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada nümayişçilər ABŞ səfirliyinin qarşısında təkər yandıraraq ölkənin şərqindəki gərginliyin aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin daha fəal iştirakını tələb edirlər.
“Report” bu barədə “Actualite”yə istinadən xəbər verir.
"Nümayişçilər ölkənin şərqində baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətin daha fəal iştirakını tələb etmək üçün bu gün səhər saatlarında ABŞ-nin Kinşasadakı səfirliyinin qarşısında toplaşıblar. Hüquq-mühafizə orqanları hər hansı iğtişaşın qarşısını almaq üçün binanın ətrafında təhlükəsizlik perimetri yaradıb", - nəşr qeyd edib.
Paytaxtın hər yerində ölkənin şərqində döyüşən Konqo silahlı qüvvələri ilə həmrəylik aksiyaları keçirilir.
Aksiyaların səbəbi ölkənin şərqindəki vəziyyətlə bağlıdır. Burada əvvəllər Ruandanın dəstəklədiyi üsyançılar Qoma şəhərini ələ keçirib və atışma nəticəsində daha dörd cənubi afrikalı sülhməramlı həlak olub.
Oxşar xəbərlər
Konqoda nümayişçilər ABŞ səfirliyinin qarşısına toplaşıblar
Konqo Demokratik Respublikası və Ruanda Liderləri Böhran Sammitində iştirak edəcəklər
Konqoda şiddətli döyüşlər gedir, sülhməramlılar ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
