İsrail Ordusu: “Hizbullah”ın hərbi obyektləri vurulub
İsrail Ordusu Livanın “Hizbullah” təşkilatına məxsus hədəflərə zərbələr endirdiyini bildirib.
"Sizinxeber.az"un İsrail Müdafiə Ordusunun Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Livanda "Hizbullah" hərəkatının bir sıra hədəfləri bombardman olunub.
“Vurulan hədəflər arasında raket buraxılış qurğusu, hərbi obyekt və Suriya-Livan sərhədi boyunca silah qaçaqmalçılığı üçün istifadə edilən marşrutlar olub”, - məlumatda bildirilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
Oxşar xəbərlər
İsrail Ordusu: Qəzza zolağından ölkənin cənubuna yeni raket zərbəsi endirilib
İsrail ordusu “Hizbullah”ın Livandakı 290 hədəfinə zərbələr endirib
İsrail ordusu: "Hizbullah"ın silah sexinə və hərbi qərargahına zərbələr endirilib
İsrail Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
İsrail ordusu “Hizbullah”ın hədəflərinə yeni hücum dalğası elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident məmurlara hansı tapşırıqları verib? — İclasın DETALLARI
-
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
