Venesuela Ordusu və polisi Maduroya sədaqət andı içib
Venesuelanın Silahlı Qüvvələri və ölkə polisi respublika prezidenti vəzifəsinin icrasına başlayan Nikolas Maduroya sədaqət andı içib.
Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
"Komandante, Venesuelanın keçmiş prezidenti Uqo Çaves yeni dövlət yaratmaq üçün hərbi-vətəndaş ittifaqı qurdu. Bu müddət ərzində biz nəhəng sıçrayışa nail olduq, xalqın gücünün, Silahlı Qüvvələrinin və polisin birləşməsinə nail olduq”, - Maduro andiçmə mərasiminin keçirildiyi Venesuelanın paytaxtında Fort Tyune qarnizonunda deyib.
Dövlət başçısı və Silahlı Qüvvələrin Ali Baş Komandanı vurğulayıb ki, hərbçilər Venesuelanı xarici düşmənlərdən qorumaq və konstitusiyaya uyğun olaraq azad cəmiyyət qurmaq üçün nizam-intizamı qorumalı, əmrlərə tabe olmalı və tamamilə sadiq olmalıdırlar.
"Sadiqlik aktı yerinə yetirildi və deyə bilərik ki, bu, 10 yanvar Konstitusiya zəfərinin möhkəmləndirilməsi aktına çevrildi. Biz qalib gəldik", - Maduro vurğulayıb.
“Allah Ordumuzu və xalqımızı qorusun”, - o, əlavə edib.
Xatırladaq ki, Maduro ötən il iyulun 28-də keçirilən prezident seçkilərində qalib gəlib. Ona seçicilərin 51,95 faizi səs verib. Maduronun əsas rəqibi Edmundo Qonzales Urrutia 43,18 % səs toplayıb. Müxalifət liderlərindən biri Mariya Korina Maçado artıq səsvermə günü Qonzalesin komandasının seçkilərdə məğlubiyyətini etiraf etməyəcəyini bildirib.
Oxşar xəbərlər
Maduro üçüncü dəfə Venesuelanın Prezidenti olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maduro: Sülh naminə yürüş və nümayişlər Venesuelanın qələbəsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuelada konstitusiya islahatları aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuela “X”ə məhdudiyyət qoyur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maduro canlı yayımda telefonundan vatsapı silib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












