Ağ Ev: Çinin nüvə arsenalı strateji vəziyyəti əsaslı şəkildə dəyişib
Çinin nüvə arsenalının həcmi artıq strateji vəziyyəti əsaslı şəkildə dəyişib.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner deyib.
"Çinin can atdığı nüvə arsenalının ölçüsü nə olursa-olsun, o, artıq strateji vəziyyəti əsaslı şəkildə dəyişdirən səviyyəyə çatıb və buna görə də dünyanın nüvə gücləri, o cümlədən ABŞ arasında daha dərin əlaqə, müzakirə tələb edir. Bu səbəbdən biz Çinlə birbaşa əlaqəyə can atırıq”, - Fayner Vaşinqtonda Karnegi Fondunda keçirilən konfransda deyib.
Ağ Evin sözçüsü Çinin ABŞ rəhbərliyinin fikrincə nüvə təhlükəsizliyi sahəsində ən böyük risklər yaradan dövlətlərin siyahısında yüksək yerdə olduğunu iddia edib. O bildirib ki, vəzifədən gedən Amerika administrasiyası Çinlə rəqabəti “məsuliyyətlə idarə etməyə” çalışır ki, bu da strateji çəkindirmə sahəsində məsələlərin həlli deməkdir.
Oxşar xəbərlər
Ağ Ev: Pekin öz nüvə silahlarını inkişaf etdirir
BMT nüvə silahından istifadənin ciddi riskindən narahatdır
Bayden mart ayında ölkənin gizli nüvə strategiyasını təsdiqləyib
Çin ABŞ-ni nüvə təhlükəsinin ən böyük mənbəyi adlandırıb
Tramp nüvə silahını ABŞ-nin və bütün dünyanın əsas problemi adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











