KİV: Yunanıstan İsraildən silah alışı ilə bağlı danışıqlar aparır
Yunanıstan silahlı qüvvələrinin modernləşdirilməsi çərçivəsində İsraildən 36 ədəd PULS raket artilleriya sistemi almaq üzrə danışıqlar aparır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi rəsmi şəxslərə istinadən məlumat yayıb.
İsrailin “Elbit” (ESLT.TA) şirkəti tərəfindən hazırlanan PULS sistemi 300 km-ə qədər (190 mil) uçuş məsafəsinə malikdir. Sazişə həmçinin Yunanıstanda sistemin komponentlərinin istehsalı da daxildir.
Qeyd olunur ki, 600-700 milyon avro (630-735 milyon ABŞ dolları) dəyərində sövdələşmənin müzakirəsi iki ölkə arasında İsrailin Yunanıstana 2 milyard avroluq hava və raketdən müdafiə sistemi satışına dair danışıqlar fonunda gedir.
Rəsmilərin sözlərinə görə, Yunanıstan hökuməti sazişi 2025-ci ilin birinci rübündə müvafiq parlament komitəsinin təsdiqinə təqdim edəcək.
Rəsmilərdən biri əlavə edib ki, dekabrın 13-də Yunanıstanın xarici işlər və müdafiə məsələləri üzrə ali qərarverici orqanı olan KYSEA artıq “AeroVironment” (AVAV.O) şirkəti tərəfindən istehsal olunan Amerikanın “Switchblade” dronlarının alışını təsdiqləyib.
Oxşar xəbərlər
Litva İsveçdən 147 milyon avroluq qısamənzilli hava hücumundan müdafiə sistemləri alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyada İsrailin “Arrow 3” raketdən müdafiə sisteminin yerləşdirilməsinə hazırlıq gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ABŞ-dən ikinci THAAD raketdən müdafiə sistemi istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşa və ABŞ “Patriot” üçün 48 buraxılış qurğusunun istehsalına dair müqavilə imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












