KİV: Tramp Ağ Evə qayıtdığı ilk gün 25 fərman imzalayacaq
ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp yanvarın 20-də Ağ Evə qayıtdığı ilk gün 25-dən çox fərman və sərəncam imzalamaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
"Donald Tramp yanvarın 20-də vəzifəyə başladığı ilk gün 25-dən çox fərman və sərəncam imzalamağı planlaşdırır. Məqsəd miqrasiya, energetika, təhsil və digər sahələrdə dövlət siyasətini köklü şəkildə dəyişdirməkdir", - materialda qeyd olunub.
Bildirilib ki, Meksika ilə sərhəddə divarın tikintisinin bərpası, cənub sərhədinə əlavə hərbçilərin göndərilməsi və s. planlaşdırılır.
Bundan əlavə, Trampın seçkiqabağı vədlərinə uyğun olaraq neft və qaz hasilatının artırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Tramp Floridada prezident seçkilərində səs verib
KİV: ABŞ Tramp dövründə Paris iqlim sazişindən yenidən çıxa bilər
Tramp: Pompeo və Heyli yeni administrasiyaya dəvət edilməyəcəklər
Reuters: Tramp KXDR lideri ilə birbaşa danışıqlar aparmağı düşünür
KİV: Donald Tramp Kentukki, Florida və İndiana ştatlarında liderdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













