Xorvatiya da suriyalılara sığınacaq verilməsini dayandırıb
sizinxeber.az xəbər saytı

Xorvatiya da suriyalılara sığınacaq verilməsini dayandırıb


Xorvatiya hökuməti Avropa İttifaqı səviyyəsində vahid qərar qəbul edilənə qədər Suriya vətəndaşlarının sığınacaqla bağlı müraciətlərinə baxılmasını dayandırmaq qərarına gəlib.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Davor Bojinovic bildirib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi səlahiyyətli qurumlara Suriya vətəndaşlarının sığınacaq almaq üçün müraciətlərinə baxılmasının müvəqqəti dayandırılması ilə bağlı göstərişlər verib. Bu proses Avropa İttifaqı səviyyəsində qərar qəbul edilənə qədər davam edəcək.

"Hamımız ümid edirik ki, Suriyadakı vəziyyət suriyalıların öz ölkələrinə qayıtmasına imkan verəcək", - Xorvatiya DİN-in mətbuat xidməti D.Bojinovicin sözlərini sitat gətirib.

Daha əvvəl Avstriya, Almaniya, Danimarka, Norveç, İsveç, Finlandiya və Kipr suriyalıların sığınacaqla bağlı müraciətlərinə baxılmasının dayandırıldığını bildirmişdi.

Oxşar xəbərlər

Bəzi Avropa ölkələri suriyalı qaçqınlara sığınacaq verməyəcək
Avstriya suriyalılara sığınacaq verilməsi prosedurunu dayandırır
Aİ miqrasiya ilə bağlı islahatlar aparacaq
Almaniya vətənlərinə qayıtmaq istəyən suriyalılara min avro təklif edib
Almaniya Suriya vətəndaşlarının sığınacaq müraciətləri ilə bağlı qərarları dayandırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər