Suriyanın baş naziri ordunun gələcək taleyinin qeyri-müəyyən olduğunu bildirib
Suriya ordusunun gələcək taleyi qeyri-müəyyəndir və yeni komandanlığın qərarlarından asılı olacaq.
“Report” xəbər verir ki, bunu Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali “Sky News Arabia” telekanalına bildirib.
"Suriya ordusunun taleyi haqqında suala cavabım yoxdur. Bu, komandanlığı kimin öz üzərinə götürəcəyindən asılı olacaq", - o qeyd edib.
Hazırkı vəziyyəti şərh edən baş nazir respublikada təhlükəsizliyin möhkəmləndirilməsinin əsas vəzifə olduğunu deyib və Suriya xalqının son illər ərzində yorulduğunu vurğulayıb.
Xatırladaq ki, noyabrın 27-də Suriyanın silahlı müxalifət birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib, dekabrın 7-də axşam saatlarında bir neçə böyük şəhəri - Hələb, Həma, Dəra və Homsu ələ keçirib. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Suriya hökumətinin başçısı əl-Cəlali respublikada hakimiyyətin dinc yolla təhvil verilməsinə hazır olduğunu bildirib. Rusiya Xarici işlər Nazirliyinin məlumatına görə, Bəşər Əsəd hakimiyyətin dinc yolla təhvil verilməsi barədə göstəriş verərək prezident postunu və ölkəni tərk edib.
Oxşar xəbərlər
Suriyanın Madriddəki səfirliyinin eyvanında rəsmi bayraq dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya müxalifətinin lideri ölkədə baş verənləri bütün xalqın qələbəsi adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ daha yaxşı gələcək üçün Suriya xalqı ilə işləməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya BMT TŞ-dən Suriyadakı vəziyyətlə bağlı təcili məsləhətləşmələr tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












