Notr-Dam beş il aradan sonra yenidən açılır
2019-cu ildəki yanğından sonra bərpa edilmiş Paris Müqəddəs Məryəm Kilsəsinin geniş açılış mərasimi gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçiriləcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə paytaxtın polis prefekturasının rəisi Loran Nunyes məlumat verib.
O vurğulayıb ki, kilsənin yerləşdiyi Site adasının ətrafındakı qapalı perimetrin mühafizəsi üçün 6 min polis və jandarma əməkdaşı cəlb olunacaq.
Onlardan əlavə, yaxın ərazilərdə hərbçilər və xilasedicilər növbə çəkəcəklər. Dekabrın 8-nədək bir neçə metro stansiyası bağlanacaq və adada və Senanın sol sahilindəki sahilyanı məhəllələrdə avtomobil hərəkəti tam dayandırılacaq – sağ sahildə nümayəndə heyətlərinin keçidi zamanı vaxtaşırı bağlanmalar olacaq. Adaya yalnız piyada getmək mümkün olacaq, lakin kilsənin qarşısındakı meydana yalnız dəvətnamə ilə buraxılacaq.
Təhlükəsizlik perimetri daxilində bütün restoranlar və suvenir mağazaları bağlı olacaq. Bəzi müəssisə sahibləri bütün həftə sonu ərzində gəlir itirəcəklərindən narazı olsalar da, dünyanın müxtəlif ölkələrində yayımlanacaq geniş mərasimin gələcəkdə daha çox turist sayəsində itkiləri qismən kompensasiya edəcəyinə ümid edirlər.
Oxşar xəbərlər
Bayden qrafikin sıxlığına görə Notr-Damın açılışına getməyəcək
Gürcüstan kilsənin Konstitusiyadakı statusunu gücləndirmək niyyətindədir
Bakıda avtoqəza baş verib, piyada ölüb
Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətində müvəqqəti dəyişikliklər olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
